Borrel İsrail və Fələstini zorakılığı dayandırmağa çağırdı
Brüssel İsrail və Fələstin arasında zorakılığın artmasından, həmçinin Təl-Əvivdə törədilən terror aktından və İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdəki məscidə hücumundan dərin narahatdır.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.
Zorakılığı pisləyir və ona dərhal son qoymağa çağırırıq. Zorakılığın artması müqəddəs məkanlarda günlərdir davam edən gərginlik və toqquşmalardan, o cümlədən İsrail polisinin Əl-Əqsa məscidinin ərazisinə müdaxiləsi və güc tətbiqindən sonra baş verir,– Borrel deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox