• $
  • £

AKINCI silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib

AKINCI silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib
08.04.2023 20:15
AKINCI silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib.

Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində Baykar müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Buraxılış mərasimində Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və kursun müəllim heyəti ilə bərabər, Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin texniki direktoru Selçuk Bayraktar, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

Selçuk Bayraktar Baykar şirkətinin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və şirkətin milli imkanlar ilə istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.

Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi Bayraktar silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı rolundan bəhs edib. Baş konsul Baykar müdafiə sənayesi şirkətinin istehsalı olan AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər, Azərbaycan və Qırğızıstanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol