Dünyanın ən təhlükəli vulkanlarından biri aktivləşib
Dünyanın ən təhlükəli vulkanlarından biri hesab edilən Kolumbiyadakı Nevado del Ruiz vulkanında aktivliyin artması əlamətləri müşahidə olunur.
Bu barədə "Fox 6 Now” məlumat yayıb.
Prezident Gustavo Francisco Petro Urrego insanları təxliyə etməyə çağırıb.
Kolumbiyanın Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, Nevado del Ruiz bölgəsində seysmik aktivlik 1985-ci il noyabrın 13-də ən azı 25 000 insanın ölümünə səbəb olan püskürmədən sonra görünməmiş səviyyəyə yüksəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər