Rusiyada vulkan püskürüb- VİDEO
Aprelin 11-də Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanı püskürüb. Bu baraədə TASS-a Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya İnstitutu bildirib.
"Aprelin 11-nə keçən gecə Şiveluç vulkanının püskürməsi paroksismal mərhələyə (yamaclardan isti kütləvi axınların enməsi) çatıb. Pis hava şəraiti ilə əlaqədar vulkanın video müşahidələri çətindir, siklonun təsiri burada davam edir. Hesablamalara görə, kül buludunun hündürlüyü 15 km olub”, - məlumatda deyilir.
İnstitut qeyd edib ki, hazırda vulkana görə aviasiya üçün ən yüksək təhlükə hesab olunur və Petropavlovsk-Kamçatski-Ust-Kamçatsk magistral yolunu bağlaya bilər.
Rusiya mətbuatı xəbər verir ki, 60 ilin ən güclü püskürməsi hesab olunur.
Vulkandan bir neçə on kilometr radiusda səmanı qara bulud örtüb, ildırım guruldayıb. 4 minə yaxın insanın yaşadığı Ust-Kamçatski vilayətinin Klyuçi kəndində kül yağmağa başlayıb.
Vulkan səbəbindən ətraf ərazilərdə yollar bağlanıb, məktəblər qapadılıb.
Şiveluç Kamçatkanın ən böyük vulkanlarından biridir, hündürlüyü 3283 m-dir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər