• $
  • £

2023-cü ildə Azərbaycanda hasil edilmiş neft və qazın həcmi açıqlanıb- NAZİR

2023-cü ildə Azərbaycanda hasil edilmiş neft və qazın həcmi açıqlanıb- NAZİR
11.04.2023 13:07
2023-cü ilin I rübündə Azərbaycanda neft-kondensat hasilatı 7,7 milyon ton, ixracı isə 6,4 milyon ton olub. Bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.

Bu dövrdə 3 % artımla hasil edilmiş 12,2 milyard kubmetr qazın 6,5 milyard kubmetri ixrac olunub.
 
2023-cü ilin yanvarında Azərbaycanda neft hasilatı 2,7 milyon ton, qaz hasilatı isə 4,2 milyard kubmetr təşkil edib. Azərbaycan Dövlət Neft şirkəti tərəfindən ötən ay 0,7 milyon ton neft, 0,8 milyard kubmetr qaz hasil edilib. 

Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəməri "Mərhələ-2” layihəsi çərçivəsində "Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onun ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.
 
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
 
Prezident İlham Əliyev fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 9-cu iclasında çıxışı zamanı deyib ki, 2023-cü il Azərbaycan Avropaya 24.5 milyard kubmetr qaz ixrac edəcək. 
 
2022-ci ildə BP-nin "Şahdəniz” yatağında qaz hasilatı 25,2 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən səmt qazı isə 13,4 milyard kubmetr təşkil edib.
     
Ümumilikdə, ötən il Azərbaycanda neft hasilatı 32,6 milyon ton, qaz hasilatı isə 46,7 milyard kubmetr təşkil edib.
 
Bunun 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilib.
 
Aytac

 

 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol