• $
  • £

15 xəstə Qarabağdan Ermənistana aparılıb

15 xəstə Qarabağdan Ermənistana aparılıb
11.04.2023 13:31
Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15 xəstə Qarabağdan Ermənistanın ixtisaslaşmış tibb mərkəzlərinə aparılıb. Bu barədə "Supitnik armenia" məlumat yayıb.
 
Xəstələr arasında onkoloji diaqnozu olan, təcili cərrahi müdaxilə tələb edən patologiyaları olan, eləcə də implant korreksiyasından sonra xəstələr var.
 
İndiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağdan Ermənistana 305 xəstə aparılıb.

Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
Dünya 13:56
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol