• $
  • £

Azərbaycan büdcəsinə özəlləmədən 26,5 milyon manat gəlir daxil olub

Azərbaycan büdcəsinə  özəlləmədən 26,5 milyon manat gəlir daxil olub
11.04.2023 14:41
Azərbaycanın I rübdə  dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən əldə etdiyi gəlir 26,5 milyon manat və ya 15,6 milyon dollar  təşkil edib.  Bu barədə  Dövlət Əmlakının Özəlləşdirilməsi və İcarəyə verilməsi Xidməti məlumat verib. 

"2023-cü ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib. Bundan başqa, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 7,9 milyon manat təşkil edib", - xidmətdən bildirilib.

2023-cü ilin yanvar-martında dövlət əmlakının özəlləşdirilməsi üzrə 11 hərrac keçirilib. Hərraclarda iki səhmdar cəmiyyətinin, altı kiçik dövlət müəssisəsinin, bir köməkçi tikinti sahəsinin və 162 minik avtomobilinin səhmləri özəlləşdirilib.

Bundan əlavə, hesabat dövründə 6 faydalı qazıntı yatağı hərrac vasitəsilə satılıb.

Həmçinin hesabat dövründə 631 icarə müqaviləsi, o cümlədən 150 qeyri-yaşayış sahəsinin icarəsi, 481 müqavilə torpaq sahələri üzrə bağlanılıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol