IMF bu il üçün qlobal inflyasiya proqnozunu 7 %-ə yüksəldib
Dünyada istehlak qiymətlərinin artım tempi 2023-cü ildə 7 %, 2024-cü ildə isə 4,9 % təşkil edəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
Bununla belə, gözlənilən inflyasiya səviyyəsi 2022-ci ilə nisbətən (8,7 %) aşağı olacaq.
www.anews.az