• $
  • £

Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olundu

Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olundu
12.04.2023 13:59
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan Azərbaycan ordusunun üç hərbçisi dəfn olunub. 
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Vidadi Nizami oğlu Zalov Bakının Saray qəsəbəsində, Elşad Qabil oğlu Həsənov Ağstafada Xətai kəndində torpağa tapşırılıb. 
 
Şəhid Səbuhi Tağıyevin cənazəsi Naxçıvana göndərilib. Naxçıvan Beynəlxalq Hava Limanında şəhid Səbuhi Tağıyevin cənazəsinin qarşılanma mərasimi olub.

Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb. Səbuhi Tağıyev həmin qəsəbənin qəbiristanlığında dəfn olunacaq. 
 
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşündə Ermənistanla sərhəddə dünən baş vermiş insidenti İrəvanın qəsdən törətdiyi təxribat kimi qiymətləndirib.
 
Ermənistanın aprelin 11-də olan təxribatı  planlaşdırılmış şəkildə baş verib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.


''İlkin rəylərə görə bu planlaşdırılmış təxribat olub  Ermənistanın xüsusi korbus komandirinin orda olması buna sübutdur. Təxribata səbəb isə prezidentin hadisədən bir gün əvvəl Qazaxıstanda sülh ilə bağlı danışıqların aparılmasıdır- nazir vurğulayıb.
 
Nazir bildirib ki,  Ermənistan Laçında olan inkişaf və məcburi köçkünlərin məskunlaşmasının qarşısının alınması üçün tez-tez belə təxribatlar törədirlər. Ermənistan belə addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq.
 
Aytac Zeynalova
 


 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol