• $
  • £

Özəlləşdirilən daha bir müəssisə yenidən quruldu - FOTO

Özəlləşdirilən daha bir müəssisə yenidən quruldu - FOTO
12.04.2023 19:38
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisəyə 16 milyon manata yaxın sərmayə yatırılıb, 90-a yaxın yeni iş yeri yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır.

Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən "Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatıdır (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu).

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub.
 
KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, "S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya müsabiqəsinin qalibi "Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb.

Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə icrac edilir.
Qeyd edək ki, "Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir.
 
Neftçala rayonunun Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır. Təsərrüfat  nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Hollandiyanın "HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol