Norveç Rusiya səfirliyinin 15 əməkdaşını ölkədən çıxarır- Qərar
Norveç Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 15 əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.
"Onlar diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları üçün persona non-qranta elan ediliblər", - xarici işlər naziri Anniken Huitfelt bildirib.
O, qovulmuş diplomatları "diplomatik statusları ilə uyğun gəlməyən fəaliyyətlə məşğul olan” kəşfiyyatçı adlandırıb.
Nazirin sözlərinə görə, hökumətin qərarı Avropada təhlükəsizliklə bağlı dəyişmiş vəziyyətə cavabdır və Rusiyadan gələn kəşfiyyat təhlükəsinin artmasına səbəb olub.
"Bu, Norveçdə Rusiya kəşfiyyatının fəaliyyətinin səviyyəsini azaltmaq və bununla da milli maraqlarımızı qorumaq üçün mühüm addımdır”, - deyə nazir bildirib.
"Bu gün gördüyümüz tədbirlər arzuolunmaz kəşfiyyat fəaliyyətinin azaldılmasına yönəlib. Biz Rusiyanın Norveçdə fəal diplomatik missiyasını davam etdirməsini istəyirik, lakin diplomatik missiyaların gizli kəşfiyyat fəaliyyətləri üçün sui-istifadə edilməsini qəbul etmirik”, - nazir əlavə edib.
Martın 24-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallinndəki müvəqqəti işlər vəkilini çağıraraq səfirliyin əməkdaşlarından birinin persona non-qrata elan edildiyini bildirən diplomatik nota təqdim edib.
Tallinn iddia edir ki, səfirlik əməkdaşı ölkənin təhlükəsizliyini və konstitusiya quruluşunu pozmaqda, "Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran” təbliğat yaymaqda iştirak edib və Estoniya cəmiyyətinin parçalanmasına töhfə verib.
Zinyət Mehtiyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox