• $
  • £

Bank rəsmisi: Gələcəkdə inkassasiya prosesi robotla həyata keçirilə bilər

Bank rəsmisi: Gələcəkdə inkassasiya prosesi robotla həyata keçirilə bilər
13.04.2023 19:09
Gələcəkdə Azərbaycanın bank sektorunda inkassasiya prosesi (pul daşınması xidməti) robotların iştirakı ilə həyata keçirilə bilər.

Bunu İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Texnologiyaları: IV Sənaye İnqilabının Texnologiyaları və Bulud Həlləri” mövzusunda Bakıda keçirilən tədbirdə "Kapital Bank” ASC-nin Təhlil və koordinasiya şöbəsinin müdiri Turqut Abdullayev bildirib.

Onun sözlərinə görə, 20-30 il sonra bu proses robotlara çip yerləşdirməklə reallaşdırıla bilər:
"Bu, "chat” sistemində verilən avtomatik cavablar kimi olacaq. Yeni robot məlumatları insan kimi emal edə biləcək”.

Bundan başqa, bank rəsmisi deyib ki, bankomatların (ATM) nağd pula əlçatanlığını təmin etmək üçün süni intellektdən istifadə edilə bilər:
"Bankomatlarda çox pul saxlamaq riskdir. Çünki oğurluq hadisəsi baş verə bilər. Eyni zamanda, bankomatlarda nağd pulun lazımi qədər olmaması müştərilərin narazılığına səbəb ola bilər. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün biz süni intellekt və bulud texnologiyalarından istifadə edə bilərik”.

"Müştərilər problemli kartlarını bankomata salanda ATM-in ekranı dona və yaxud sönə bilər. Bu kimi hallarda süni intellekt sistemi problemi bir neçə dəqiqə ərzində aşkar edir və həll etməyə çalışır. Əgər həll edə bilməsə, bu zaman texniki şöbə həmin bankomata yaxınlaşır. Bulud əsaslı sistemlər bizə bankomatların balansını real vaxt rejimində izləməyə, texniki problemləri varsa, onu həll etməyə, inkassasiyanı təmin etməyə kömək edir”, - deyə o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol