• $
  • £

EnergyTech hakatonuna start verildi - Fotolar

EnergyTech hakatonuna start verildi - Fotolar
13.04.2023 20:19
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "ASAN xidmət" və "Azərişıq ASC"-nin təşkilatçılığı ilə keçirilən "EnergyTech" hakatonuna start verilib.

Tədbirdə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, "Azərişıq" ASC-nin ASAN Xidmətlə İş departamentinin direktoru Fərruh Heybətov, "PAŞA Holding”də İnnovasiyalar üzrə proqram rəhbəri Fərrux Əliyev, hakaton iştirakçıları və digər aidiyyəti nümayəndələr iştirak ediblər.

2 gün davam edəcək hakatonun birinci günündə 13-25 mart tarixlərində müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda öz ideyalarının prototiplərini hazırlayacaq, ikinci günündə isə prototiplər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə mükafatlar təqdim olunacaq.

Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilmiş və dərhal icrasına başlanılıb.

"EnergyTech” Hakatonu Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası üzrə ilk dəfə olaraq təşkil olunur və enerji təchizatı şəbəkəsinə qoşulma xidməti üzrə "e-sistem” istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə həyata keçirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol