• $
  • £

İran enerji ixracında rəqabət apara bilmir

İran enerji ixracında rəqabət apara bilmir
13.04.2023 21:30
İran iqtisadi sanksiyalar və FATF-da (Financial Action Task Force on Money Laundering) iştirakının olmaması səbəbindən enerji ixracı sahəsində beynəlxalq arenada rəqabət apara bilmir. Bunu Entekhab portalına müsahibəsində İran Enerji İxracatçıları Federasiyasının prezidenti Həmid Rza Salihi deyib.

"Biz iqtisadi sanksiyalar və FATF-da iştirak etməməklə məhdudlaşırıq. Biz bunun əvəzini pul köçürmələri və bazarın inhisarlaşması ilə bağlı problemlərlə ödəyirik. Ona görə də biz enerji resurslarının ixracında rəqabət apara bilmirik”, - Salihi bildirib.

Onun sözlərinə görə, İranın öz nefti üçün geniş bazarı yoxdur və bu baxımdan Çin kimi ölkələrlə ucuz qiymətə ticarət etməli olur. "Biz bazarda monopoliyaya görə Çinə endirimlər etmək məcburiyyətindəyik. Qiymətləri artırmaq üçün bizdə rəqabət mühiti yoxdur. Mövcud vəziyyət bizi Çinə satışlarda endirimlər etməyə sövq edir”, - Salihi söyləyib.

Nazir xatırladıb ki, İran Çinə neft satışında 15 dollar endirim edib. Eyni zamanda, Rusiya İran bazarını inhisara almaq cəhdi ilə qiymətləri aşağı salır.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol