Ermənistanda əsgər valideynləri etiraz aksiyası keçirir
Dağlıq Qarabağda 44 günlük müharibə zamanı həlak olan hərbçilərin valideynləriYerevanda Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında etiraz aksiyasına toplaşıblar. Onlar Yerablur panteonundakı insidentə görə məsuliyyət daşıyanlara qarşı ittiham irəli sürülənədək oturaq aksiya keçirəcəklərini bildirib.
"Biz işin necə getdiyini öyrənmək üçün Ermənistan İstintaq Komitəsinin rəhbəri Yura İvanyanla görüş tələb edirik. Bura gələndən sonra biz belə başa düşdük ki, məsələ irəli getmir”, - ölən hərbçi Akop Rostomyanın atası Ara Rostomyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həlak olan hərbçilərin valideynləri niyə faktlar, videolar, şahidlər nəzərə alınmaqla işin hələ də açılmamasından, günahkarların cəzalandırılmamasından narazıdır.
Rostomyan əlavə edib ki, onlar hətta istintaqa güc tətbiq edən polis əməkdaşlarının fotoşəkillərini də İstintaq Komitəsinə veriblər. Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yox, valideynlər istintaqla məşğuldur”, - o qeyd edib.
Yerablur panteonunda baş verən hadisə geniş ictimai rezonansa səbəb olub. Polis xidməti araşdırmaya başlayıb, İstintaq Komitəsi zorakılıqla müşayiət olunan xidməti və ya vəzifə səlahiyyətlərini aşma faktı ilə bağlı cinayət işi başlayıb. Həlak olan hərbçilərin 16 valideynləri və yaxınları zərərçəkmiş kimi tanınıb.
www.anews.az

Öz növbəsində mərhum əsgər Mxitar Qaleyanın atası – Qarik Qaleyan qeyd edib ki, bu günə qədər iş çərçivəsində heç bir addım atılmayıb. O bildirib ki, 24 saat ərzində heç bir ittiham irəli sürülməsə, valideynlər yeni tələblər irəli sürəcək və gələcək addımları açıqlayacaqlar.
2022-ci il sentyabrın 21-də səhər həlak olan hərbçilərin yaxınları Nikol Paşinyanın səfərini pozmaq niyyəti ilə Yerablur hərbi panteonunda növbətçilik edirdilər. Lakin polis ölən əsgərlərin valideynlərinə , analar daxil olmaqla, güc tətbiq edərək onları şöbələrə aparıb.
Yerablur panteonunda baş verən hadisə geniş ictimai rezonansa səbəb olub. Polis xidməti araşdırmaya başlayıb, İstintaq Komitəsi zorakılıqla müşayiət olunan xidməti və ya vəzifə səlahiyyətlərini aşma faktı ilə bağlı cinayət işi başlayıb. Həlak olan hərbçilərin 16 valideynləri və yaxınları zərərçəkmiş kimi tanınıb.
Hakimiyyət orqanlarının tələblərinə tabe olmama faktı ilə bağlı valideynlər barəsində də inzibati iş açıblar.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox