Danimarka Ukraynaya özüyeriyən artilleriya qurğuları verecek
Danimarka hökuməti daha 19 "Sezar" özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcək.
Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik artilleriya qurğularını yaxın həftələrdə Ukraynaya göndəriləcəyini açıqlayıb.
Artilleriya qurğularının Fransa istehsalı olduğu bildirilib
Ukrayna Silahlı Qüvvələrində artıq Fransa tərəfindən təhvil verilmiş 24 "Sezar" silahı var.
Daha əvvəl Danimarka Müdafiə Nazirliyi Norveç Müdafiə Nazirliyi ilə Ukraynaya 8 min artilleriya mərmisinin birgə tədarük edilməsi haqqında müqavilə imzalayıb.
Sənədə əsasən, proses yaxın vaxtlarda start götürəcək.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox