Türkiyənin ilk müşahidə peyki orbitə buraxılıb
Türkiyənin ilk müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb.
Bu barədə TRT telekanalı məlumat yayıb.
Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı "SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib.
Türkiyənin müdafiə naziri Hulusi Akar daha əvvəl TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox