Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib
Böyük Britaniya vətəndaşlarının əksəriyyəti hesab edir ki, Krallığın parlamentinə seçkilər vaxtından əvvəl - 2024-cü ilin payızında keçirilməlidir.
Bu barədə "The Mirror” nəşrində yazılıb.
"TechneUK” sorğusuna əsasən, britaniyalıların təxminən 52%-i vaxtından əvvəl seçkilər ideyasını dəstəkləyib.
Qeyd olunub ki, erkən səsvermənin tərəfdarları arasından respondentlərin 25%-i israrla parlament seçkilərinin tez bir zamanda 2023-cü ildə keçirilməli olduğunu düşünür.
Bununla yanaşı, respondentlərin 28%-i əmindir ki, seçkilər təxirə salınmamalıdır, daha 20%-i isə hələlik öz mövqeyini müəyyən etməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox