Ukrayna əsirlikdən azad etdiyi vətəndaşlarının sayını açıqlayıb
Ukrayna 2 235 nəfərini Rusiya əsirliyindən azad edib. Bunu Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqram kanalında bildirib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzdində Əsirlərlə Davranma üzrə Koordinasiya Qərargahı artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. 2014-cü ildən bəri ilk dəfə olaraq hərbi əsirlərin dəyişdirilməsi və davranma prosesi beynəlxalq hüquq normalarına tam uyğun təşkil edilib.
Ukrayna müdafiəçiləri son sutka ərzində Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində düşmənin 60 hücumunu dəf ediblər. Baxmut və Marinka bölgəsində döyüşlərin davam etdiyini vurğulayıb.
Baş Qərargahın saat 06:00-a olan məlumatına görə, ötən gün ərzində Rusiya qoşunları S-300 hava hücumundan müdafiə sistemindən Zaporojya, Kamışevax, Zaporojye vilayəti və Nikolayev vilayətinin Snigirevka dinc şəhərlərinə 25 raket zərbəsi endirib.
Rusiya Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinin infrastrukturuna çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 46 dəfə hücum edib. Bununla əlaqədar dinc əhali arasında ölən və yaralananlar var, çoxmərtəbəli və fərdi yaşayış binaları, mülki təhsil müəssisələri, xəstəxanalar, kilsələr və s. dağıdılıb.
Baş Qərargah xəbərdarlıq edib ki, raket zərbələri ehtimalı yüksək olaraq qalır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox