• $
  • £

Mənsimov şəhid analarını bir araya yığdı - VİDEO/FOTOLAR

Mənsimov şəhid analarını bir araya yığdı - VİDEO/FOTOLAR
17.04.2023 10:40
"Palmali" Şirkətlər qrupunun rəhbəri, xeyriyyəçi Mübariz Mənsimov Sumqayıtda şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil edib. Bu barədə şirkətin sözçüsü Fidan Quliyeva məlumat verib. 
 
Tədbirdə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərək Mənsimova şəhid anaları adından təşəkkürünü bildirib. 

Ehsan süfrəsindən sonra Mübariz Mənsimovun adından şəhid ailələrinə Zəfər simvolu olan Xarıbülbül hədiyyə edilib.

Tədbirdə çıxış edən şəhid anaları və digər iştirakçılar şəhidlərimizin adlarını gəmilərə verdiyi, onların adlarını bütün dünyada tanıtdığı və xatirələrini hər zaman əziz tutduğu üçün minnətdarlıqlarını bildirdilər.
 
2022-ci ilin əvvəlində "Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə "Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.

 2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol