G7 xarici işlər nazirləri Rusiyanı yalan məlumat yaymaqda yenidən qınayıblar
G7 ölkələrinin xarici işlər nazirləri bir daha Rusiyanı Ukraynadakı vəziyyətlə bağlı yalan məlumat yaymaqda ittiham ediblər. Bu barədə Yaponiyada keçirilən görüşdən sonra G7 ölkələrinin XİN rəhbərlərinin birgə bəyanatında deyilir.
"Biz Rusiyanı dezinformasiyanın geniş yayılmasına və dəstək cəlb etmək üçün informasiyanın manipulyasiyasına görə qətiyyətlə qınayırıq”, - nazirlər bildirib.
G7 xarici işlər nazirləri əlavə edib ki, onlar "dezinformasiya kimi fəaliyyətlər də daxil olmaqla, xarici müdaxiləni təşkil edən... ölkələr, iqtisadiyyatlar və cəmiyyətlər üçün artan təhdidlərdən” narahatdırlar.
www.anews.az

Bundan əvvəl G7 ölkələrinin başçıları Ukraynadakı münaqişə bitənə qədər Rusiyanın aktivlərini bloklamağa davam edəcəklərini bildirmişdilər. G7 ölkələrinin xarici işlər nazirləri həmçinin əlavə edib ki, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək və mövcud sanksiyalara əməl olunmasına nəzarəti davam etdirmək niyyətindədirlər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox