• $
  • £

Azərbaycan sabit internetə görə 1 pillə geriləyib

Azərbaycan sabit internetə görə 1 pillə geriləyib
19.04.2023 13:33
Azərbaycan sabit internetə görə 1 pillə geriləyib, mobil internetə görə isə 3 pillə irəliləyib. Bu barədə "Speedtest  Global Index”in martda açıqladığı hesabatda bildirilir. Statistikaya görə, Azərbaycan sabit internet sürətinə görə 180 ölkə içində 118-ci, mobil internet sürətinə görə isə 140 ölkə içində 54-cüdür. 
 
 "Speedtest Global Index”in fevral hesabatına görə, Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə  dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. 
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, sabit internetin geriləməsinin səbəbi bölgələrdə fiberoptik infrastrukturun tam qurulmamsı ilə bağlıdır.
 
"Burada əsas problem yaradan amil regionlarda çox sayda ərazilərin hələ də köhnə texnologiyalardan istifadə etməsidir.  Mobil internetin irəliləməsinin səbəbi isə təbii ki, onun hər yerdə daha çox əlçatan olmasıdır",  - Osman Gündüz söyləyib. 
 
Bununla yanaşı ekspert bildirib ki, artıq iki ilə yaxındır fiberoptik infrastrukturun qurulması ilə bağlı  xeyli işlər görülüb.
 
"700 mindən artıq insana fiberoptik internet bağlantısı təşkil olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyinin açıqlamasına görə gələn ilin sonunda ölkədə fiberoptik sabit şəbəkə üzrə internet infrastrukturu tam qurulub, başa catdırılacaqdır", - Osman Gündüz vurğulayıb.
 
Onun sözlərinə görə, hazırda 10-15 rayonda GPON (Gigabit Passive Optical Networks,  - red)   infrastrukturunun  qurulması işləri davam edir.
 
Ekspert  fiberoptik xətlərin çəkilməsindən sonra, mobil internetin qiymətinin yaxın illərdə aşağı düşəcəyini gözlədiyini də bildirib.  

 
Eltac Nurullazadə 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol