ABŞ Ukraynaya yeni yardım paketi ayrıb
ABŞ Ukraynaya yeni HIMARS reaktiv sistemlərindən ibarət hərbi yardım paketini elan edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pierre bildirib.
Bildirilir ki, Ukraynaya yeni hərbi yardım paketinə HIMARS reaktiv raket sistemləri (MLRS) və artilleriya mərmiləri üçün döyüş sursatları daxil olacaq.
Aprelin 10-da Almaniyanın Ukraynaya dörd Dachs zirehli mühəndis maşını, 60 Zetros yük maşını, 42 mobil antena sistemi, 34 kəşfiyyat pilotsuz uçan aparatı və 83 520 ədəd 40 mm-lik sursat daxil olmaqla daha bir hərbi yardım paketi ayırdığı bildirilib.
"La Repubblica” qəzeti də İtaliyanın Ukraynaya 30-a yaxın M109L özüyeriyən artilleriya qurğusu göndərdiyini yazıb. Nəşrin məlumatına görə, İtaliyanın Udine şəhərindəki dəmir yolu vağzalında qaubitsalardan ibarət uzun kolona lentə alınıb.
Danimarka da daha əvvəl 19 "Sezar" özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini açıqlamışdı. Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik artilleriya qurğularını yaxın həftələrdə Ukraynaya göndəriləcəyini açıqlayıb.
Artilleriya qurğularının Fransa istehsalı olduğu bildirilib
Ukrayna Silahlı Qüvvələrində artıq Fransa tərəfindən təhvil verilmiş 24 "Sezar" silahı var.
Daha əvvəl Danimarka Müdafiə Nazirliyi Norveç Müdafiə Nazirliyi ilə Ukraynaya 8 min artilleriya mərmisinin birgə tədarük edilməsi haqqında müqavilə imzalayıb.
Apelin 4-də ABŞ Ukraynaya 2,6 milyard dollar məbləğində hərbi yardım paketi ayırmışdı.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox