• $
  • £

Kandinsky 2.1 neyrosistemi qədim turanlının yeni təsvirini çəkib

Kandinsky 2.1 neyrosistemi qədim turanlının yeni  təsvirini çəkib
20.04.2023 09:00
Aprelin 4-də Rusiyada mətndə ifadə edilmiş tapşırıqlar əsasında  müxtəlif üslublarda şəkillər yarada bilən yeni neyronsistem təqdim olunub. Proqramın tərtibatçıları Rusiyanın ən böyük bankı olan Sberbank-ın proqramçılarıdır.
 
Maliyyə təşkilatı bir xeyli müddətdir ki, tək  bank sektorunu inkişaf etdirmir, həm də süni intellekt və digər rəqəmsal məhsulların istehsalı  sahəsində aktiv fəaliyyət göstərən  böyük İT şirkətinə çevrilib. Belə ki, Sberbank bank sektorunda yaxşı  nəticələr göstərməklə  yanaşı (sanksiyalara baxmayaraq, bank 2022-ci ildə 270,5 milyard rubl - təxminən 5,63 milyon manat gəlir əldə edib) uzun müddətdir ki, Rusiyanın digər İT nəhəngi sayılan Yandex ilə rəqabət aparır. Məsələn, yeməklərin çatdırılması, marketpleys ,  taksi xidməti, xəritələrdə lokasiyann görünməsi,  indi də mətn sorğusunda təsvirlər yaradan süni intellektə əsaslanan generativ modellərin hazırlanması sahəsində irəliləyib.

 
"Kosmik Azerbaijan" sorğusu üzrə  nəticəsi, stil: 4k
 
Rusiya proqramçıları, sanksiyalara baxmayaraq, qlobal tendensiyalarla ayaqlaşırlar və sabit işləmək üçün lazım olan proqram təminatını artıq özləri yaradırlar. Məsələn, ilin əvvəlində Sber öz InterSphere proqramını bankomatlar üçün qeydiyyatdan keçirdi və köhnə bankomatların əksəriyyətini öz bankomatlarına  köçürdü.  Kandinsky 2.1 neyroşəbəkəsinin bu yaxınlarda təqdimatı onu göstərir ki, şirkət qlobal süni intellekt bazarında ən yüksək nəticələr göstərərək, süni intellektin inkişafında xüsusi uğur qazanıb. Sberbank bu məsələdə liderliyini artıq bir neçə ildir ki, beynəlxalq AI Journey konfransı keçirməsi ilə təsdiqləyir, burada bütün dünya alimləri süni intellekt və maşın öyrənmə texnologiyalarının inkişafı yollarını  müzakirə edirlər.
 
Öz neyron şəbəkəsinin 2.1 versiyasını buraxan Sber, onu Telegram-da Kandinsky 2.1 çat botundan, eləcə də Fusion Brain saytında istifadə etməyi təklif edərək hamı üçün əlçatan edib.  Təkcə ilk dörd gündə bir milyondan çox unikal istifadəçi neyron şəbəkədən faydalanıb. İstifadəçi  artımı məşhur ChatGPT-dən daha yüksək olub.  OpenAI modeli bu səviyyəyə yalnız buraxıldıqdan beş gün sonra çatıb. Eyni zamanda, buraxılışdan altı gün sonra Kandinsky 2.1-in auditoriyası ümumilikdə 10 milyondan çox şəkil yaradan iki milyon istifadəçiyə çatıb. Rusiyada ən populyar mövzular pişiklər və kosmosla əlaqəli mövzulardır. Azərbaycanda isə bot vasitəsilə ən çox tarixi personajların təsvirinin alınmasına maraq göstərilir. Belə ki, redaktorlarımızın xahişi ilə Kandinski 2.1-də qədim turanlının  təsvirı alınıb.
 
 
 
 
Sberbank-ın generativ modeli 100-dən çox dili başa düşür və bir neçə üslubda təsvirlər yaradır.  Bundan əlavə, o, istifadəçinin yüklədiyi şəkillərdə təfərrüatları çəkə, eləcə də bir neçə şəkli birləşdirə bilir.
 
Model ruDALL-E əsasında hazırlanıb. Tərtibatçıların fikrincə, model bir milyard cüt mətn-şəkil yaratmaq gücündədir. Bundan başqa modelin bundan əlavə 170 milyon cüt mətn əsasında yüksək dəqiqliklə təsvir edilən şəkil vermək imkanı da var.  Modelin mövcud imkanlarını artırmaq üzərində iş davam edir.
 
12 aprel 2023-cü ildə Sberbank-ın rəhbəri German Qref nüvə klubu nümunəsində  süni intellekt sahəsində dünyanın ən böyük güclərinin qapalı klub yaratmaq niyyətində olduğunu və belə bir riskin yarana biləcəyini deyib.   
 
"Dünya güclərinin nüvə qapalı klubu ilə yanaşı, süni intellekt sahəsində dünya güclərinin qapalı klubunu yaratmasıı təhlükəsi var. Bu  neyron şəbəkələri kimi mürəkkəb sistemlərin yaradılması deməkdir. Düşünürəm ki, biz bu klubun üzvü olmaq, bu texnologiyaların alıcısı deyil,orada  donor kimi çıxış etmək  üçün hər cür səy göstərməliyik”, -  Qref bildirib.
 
Sberbank rəhbəri həmçinin vurğulayıb  ki, ixtisaslaşmış tərtibatçılar və maraqlı şirkətlər gələcəkdə Rusiya iqtisadiyyatının artımına nəzərəçarpacaq müsbət töhfə verə biləcək süni intellekt texnologiyasını fəal şəkildə inkişaf etdirməyə davam etməlidirlər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol