• $
  • £

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur
20.04.2023 13:22
Azərbaycanın lider mobil operatoru "GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edəcək. Konfrans Azercell və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq tədbir mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  regional və beynəlxalq ekspertləri bir araya gətirərək onlara sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr  aparmağa şərait yaradacaq.
 
"Biz "GSMA M360 Eurasia 2023 konfransı”nın baş sponsoru olaraq bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq”, - deyə Azercell-in prezidenti Zərinə Zeynalova bildirib. "Azərbaycanın lider mobil operatoru kimi biz mobil rabitə sənayesində innovasiyaları və inkişafı daim təşviq edirik. Tədbir mobil bağlanti sahəsinin gələcəkdə böyüməsi və dəyər qatması üçün doğru sərmayə yatırımını müzakirə etmək, bu kritik infrastrukturun qorunması ilə bağlı fikir mübadiləsi üçün əla platforma olacaq".

GSMA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilərin çıxışı ilə yanaşı, panel müzakirələri də yer alacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual  mövzuları əhatə edəcək. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcək.

16 və 17 May tarixlərində Bakıda keçiriləcək bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

Tədbir barədə daha ətraflı məlumatı bu səhifədən əldə etmək mümkündür: https://www.mobile360series.com/eurasia/.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol