ABŞ və G7 ölkələri Rusiyaya ixraca demək olar ki, tamamilə qadağa qoymağı düşünür
ABŞ və ABŞ-ın müttəfiqi olan ölkələr Rusiyaya ixraca demək olar ki, tamamilə qadağa qoymağı düşünürlər. Bu barədə Bloomberg yazır.
G7-yə üzv ölkələrin nümayəndələri bu ideyanı mayda Yaponiyada keçiriləcək G7 sammiti ərəfəsində müzakirə edirlər. Ehtimal olunur ki, qadağa Aİ-nin bütün dövlətləri tərəfindən tətbiq oluna bilər, əgər onlar bu ideyaya cəlb oluna bilsələr. Mənbələrin bildirdiyinə görə, hələ də müzakirə olunur.
Sammitdə qərar təsdiqlənərsə, siyahıdan istisnalar barədə razılığa gəlmək lazım gələcək. Dərmanların, kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq məhsullarının sanksiyalardan kənarda qalma ehtimalı var.
Agentlik vurğulayır ki, bu planların həyata keçirilməsində ciddi maneələr var, çünki sanksiyaların qüvvəyə minməsi üçün bütün Aİ üzvləri tərəfindən təsdiqlənməlidir ki, bu da istər-istəməz qızğın müzakirələrə səbəb olacaq, çünki bəzi Avropa şirkətləri Rusiyaya və Moskvaya ixracı davam etdirir.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü belə bir addımın perspektivini şərh etməkdən imtina edib.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox