• $
  • £

Yaponiya hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq əmr edilib

Yaponiya hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq əmr edilib
22.04.2023 14:47
Pxenyan bu həftə ilk hərbi kəşfiyyat peykini buraxmağa hazır olduğunu bəyan etdikdən sonra Yaponiya öz hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq barədə göstəriş verib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ölkənin Özünümüdafiə Qüvvələrini "ballistik raketlərə qarşı dağıdıcı tədbirlərin görülməsinin mümkünlüyünü" barədə məlumatlandırıb.

Nazir ballistik raket vurulacağı təqdirdə zərəri məhdudlaşdırmaq üçün lazım olan tədbirləri həyata keçirmək barədə də göstəriş verib.

Bildirilib ki, müdafiə naziri Okinavanın cənubunda Patriot PAC-3 raketlərini istifadə edə bilən hərbi birləşmələrlə yanaşı, SM-3 interseptorları (raket önləyicilər) ilə təchiz olunmuş hərbi gəmilərin yerləşdirilməsi üçün hazırlıqların başlanması barədə göstəriş verib.
Qeyd edək ki, 2012 və 2016-cı illərdə Şimali Koreya peyk buraxılışı adlandırdığı ballistik raketləri sınaqdan keçirib. Hər iki raket Okinava bölgəsi üzərindən uçub.

Yapon mediası 2012-ci ildə Müdafiə Nazirliyinin eyni hazırlıq əmrini verdiyini yazıb.

Pxenyan peykin orbitə buraxılma tarixini açıqlamayıb, KXDR- in lideri Kim Çen In peykin "planlaşdırılmış tarixdə” göndəriləcəyini bildirib.
Xatırladaq ki, peykin orbitə yerləşdirilməsi üçün Şimali Koreyaya buraxılması qadağan edilən uzaq mənzilli mərmi tələb olunur, çünki BMT bu cür təlimləri ballistik raket texnologiyasının sınaqları kimi qiymətləndirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol