Sabah Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri görüşəcək
Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:
"Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox