• $
  • £

MEDİA agentliyi media mütəxəssisləri üçün növbəti təlimlərə başlayıb

MEDİA agentliyi media mütəxəssisləri üçün növbəti  təlimlərə başlayıb
24.04.2023 11:46
24 apreldə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi baş tutub.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli platformadır.

Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verməkdədir və hazırki layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq. O, Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata keçirilən mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam rəqabət mühitinin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.  

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova universitetin bu istiqamətdəki fəaliyyəti və bir həftə davam edəcək təlimlərin proqramı barədə məlumat verib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub. 

Sonra tədbir ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən "Müasir qlobal media trendləri”, xarici ekspert Ornella Ramasauskaite tərəfindən "Media-kommunikasiya”, "Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi” mövzularında təlimlərlə davam edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol