• $
  • £

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
24.04.2023 17:40
Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 üzvünə sanksiya tətbiq edib.

Sanksiyalar siyahısının yenilənmiş variantı bu gün Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiyaya məruz qalanlar SEPAH-ın komandiri Məhəmməd Nəzər Əzimi (Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə), SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari (Məhabadda və Piranşehrdə etiraz aksiyalarının yatırılmasına görə), SEPAH-ın Mərkəzi əyalətindəki komandiri Möhzən Kərimi (etirazların qəddarcasına yatırılmasına görə) və SEPAH-ın "Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kademdir (Xuzistan əyalətinin İze şəhərində etirazları qəddarcasına yatırdığına görə).

Tətbiq olunan sanksiyalara Böyük Britaniyada aşkar ediləcəyi təqdirdə maliyyə aktivlərinin dondurulması, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.

"İran rejimi İran xalqının kobud şəkildə repressiya məruz qalmasına və bütün dünyaya qan tökülməsini "ixrac etdiyinə” görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana qarşı, o cümlədən bütünlükdə SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, - Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol