Hərbi xərclərə ən çox vəsait ayıran ölkələr açıqlandı
Baş ofisi Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) müstəqil araşdırma təşkilatının məlumatına görə, qlobal hərbi xərclər keçən il rekord səviyyəyə çatsa da, inflyasiya səbəbindən yavaşlayıb.
İnstitutun məlumatına görə, Avropada hərbi xərclərin 13 faizlik artımı 2022-ci ildə qlobal hərbi xərclərin 2,24 trilyon ABŞ dolları ilə tarixdə ən yüksək həddə çatdığı artımda təsirli olub.
Avropanın 345 milyard dollarlıq hərbi xərcləri ilk dəfə 1989-cu ildə soyuq müharibənin sona çatdığı vaxtdan çox olub. Avropada Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvada 27 faiz, İsveçdə 12 faiz, Polşada 11 faiz artıb.
Rusiyanın 2022-ci ildə hərbi xərcləri əvvəlki illə müqayisədə 9,2 faiz artaraq 86,4 milyard dollar təşkil edib. Bu rəqəm Rusiya ÜDM-nin 4,1 faizini təşkil edib.
Birləşmiş Ştatlar dünyada hərbi sahəyə ən çox pul xərcləyən ölkədir
ABŞ-ın hərbi xərcləri isə keçən il artan inflyasiyaya baxmayaraq, 0,7 faiz artaraq 877 milyard dollara çatıb. Qlobal hərbi xərclərin 39 faizini təşkil edən ABŞ bu kontekstdə birinci yerdədir.
Çin və Yaponiya Asiya regionunda hərbi xərclərə görə liderdir
Dünyada hərbi xərclərə ən çox vəsait ayıran ikinci ölkə Çin keçən il bu sahəyə 292 milyard dollar ayırıb.
Çinin hərbi xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 4,2 faiz artıb və ardıcıl 28 ildir ki, artır.
Yaponiya 2022-ci ildə hərbi xərclərə 46 milyard dollar xərcləyib. Əvvəlki illə müqayisədə 5,9 faiz artan bu rəqəm Yaponiya ÜDM-nin 1,1 faizini təşkil edib. 2022-ci ildə ölkənin hərbi xərcləri 1960-cı ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb.
Hindistan 2022-ci ildə 81,4 milyard dollarla ən çox hərbi xərcə malik dördüncü ölkə olub. Hindistanın bu sahədə xərcləri əvvəlki illə müqayisədə 6 faiz artıb.
NATO üzvlərinin hərbi xərcləri keçən il 0,9 faiz artaraq 1,23 trilyon dollara çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox