• $
  • £

Aİ Ukraynaya 1.5 milyard avroluq yardım edib

Aİ Ukraynaya 1.5 milyard avroluq yardım edib
25.04.2023 13:41
Avropa İttifaqı (Aİ) Ukraynaya 1.5 milyard avro yardım edib. UNİAN-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
 
"Bu gün biz Ukraynaya illik makromaliyyə yardım paketimizin bir hissəsi kimi daha 1.5 milyard avro təqdim edirik. Biz Ukraynaya Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməyə, onun institutlarının və infrastrukturunun işini dəstəkləməyə və mühüm islahatlar aparmağa davam edəcəyik", - o vurğulayıb.
 
Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin sözlərinə görə, bu qərar Aİ ölkələrinin Ukraynanı 1 milyard avro dəyərində artilleriya sursatları ilə təmin etmək vədlərinin birinci hissəsini qüvvəyə mindirib.

"Aİ-nin 2023-cü il martın 20-də artilleriya sursatlarının tədarükünü və birgə tədarükü sürətləndirməyə yönəlmiş üç istiqamətli yanaşma haqqında sazişinin birinci hissəsini həyata keçirir”, - məlumat qeyd olunub.

Ukraynaya Avropa Sülh Fondunun xətti ilə verilən ümumi yardım 4,6 milyard avroya yüksəlib.
 
Avropa İttifaqı Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

TASS-ın verdiyi xəbərə görə, bunu Aİ xarici işlər naziri Cozep Borrel Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Bu gün biz silah tədarükünün həcmini müzakirə etdik, mən hesab edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik” ,- Borrel bildirib.

 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol