• $
  • £

Fransanın Xarici İşlər Nazirinin Azərbaycana səfəri nə vəd edir?- ŞƏRH

Fransanın Xarici İşlər Nazirinin  Azərbaycana səfəri nə vəd edir?- ŞƏRH
25.04.2023 14:54

Fransanın Xarici İşlər Naziri Katrin Kolonna Azərbaycana səfər edəcək. Bu barədə  Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

"Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilib.

Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, Katrin Kolonnanın Azərbaycana səfəri Fransa-Azərbaycan münasibətlərində hər-hansı ciddi dəyişikliyə səbəb olmayacaq. 

 "Bu gün Fransanın həyata keçirdiyi siyasət Fransa-Azərbaycan münasibətlərini kifayət qədər zədələyib. Ölkələr arasında vəziyyətin pisləşməyinin Azərbaycana siyasi-iqtisadi təsirləri demək olar ki, yoxdur. Lakin Fransa bu məsələdə özü böyük itkilərə məruz qalır. Çünki Azərbaycanla Avropa Komissiyası arasında enerji təhlükəsizliyinə dair saziş imzalanıb və Azərbaycan bu gün qərbin enerji təhlükəsizliyində vacib əhəmiyyətə malikdir. Rusiya-Ukrayna savaşının davam etməyi fonunda Fransa ciddi enerji böhran ilə üzləşib. Ona görə də Fransa Xarici İşlər Nazirinin Bakıya səfərinin məqsədini daha çox Bakıdan "dilənmək" və enerji məsələsində Azərbaycanla razılığa gəlmək olduğunu düşünürəm. Fransa Xarici İşlər Nazirinin Ermənistan da növbəti təxribatçı açıqlamalarıda ola bilər. Bu səfər Fransa-Azərbaycan münasibətlərində hansısa ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki Fransa Ermənistanla bağlı mövqeyində və Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasi hücumlardan hələ də əl çəkmir” , - İsmayılov əlavə edib.
 
Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə,
Katrin Kolonnanın bu səfəri ermənilərin maraqlarına xidmət edən bir görüş olacaq.
 
"Fransanın Qarabağ məsələsindəki mövqeyi, Ermənistanla münasibətdəki mövqeyi körpüləri yandırmaqdan ibarət idi. Azərbaycanda tərəfi də bunun cavabını diplomatik səviyyədə, eyni zamanda Qoşulmama Hərəkatı, BMT-nin Təhlükəsizlik Şurasındakı Assabbleyada və Xarici İşlər Nazirliyi tərəfindən verilən notalarda verdi. Artıq Laçın-Xankəndi yolundakı vəziyyət bitdi və Azərbaycan özünün sərhəd xəttini tamamladı. Bu isə geridönüşü olmayan bir prosesdir. Düşünürəm ki, Fransa Xarici İşlər Nazirinin bu səfəri heç bir önəm kəsb etmir və bölgədə ki, proseslərə təsiri olmayacaq” , -ekspert vurğulayıb.
 
Fransalı diplomat Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir. O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək.

Nazir İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək.

Aprelin 28-də xanım Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.

Eltac
 
 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol