44 günlük müharibədə Ermənistanın on bir minə yaxın fərarisi olub - RƏSMİ
Ermənistanda hərbi prokurorluqda 10.6 mindən çox şəxs barəsində fərarilik, postu icazəsiz tərk etmə və xidməti vəzifələrin icrasından boyun qaçırma faktları ilə bağlı 1.7 mindən çox cinayət işi açılıb. "Sputnik Armenia"-nın məlumatına görə, bu barədə Ermənistanın Hərbi Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 756 nəfərə qarşı 44 günlük müharibə və hərbi vəziyyət dövründə bölmələri icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina etmə maddələri ilə ittiham irəli sürülüb.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, 44 günlük müharibə və hərbi vəziyyət dövründə (27 sentyabr 2020-ci il tarixindən 24 mart 2021-ci il tarixədək) hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə (maddə 361) maddələri ilə, Ermənistan Cinayət Məcəlləsinin (2003-cü il tarixli) fərarilik (maddə 362) və hərbi xidmətdən imtina (maddə 364), habelə digər maddələrlə birlikdə 10 687 şəxs barəsində 1786 cinayət işi başlanıb.
İbtidai istintaq zamanı icraatın birləşdirilməsi nəticəsində onların sayı hazırda 226-dır.
Məhkəməyə göndərilmiş 118 işdən 58-i (təqsirləndirilən şəxslərin sayı 64-dür) üzrə məhkəmə prosesi başa çatıb, məhkəmə aktları qəbul edilib. Daha 60 iş (müttəhimlərin sayı 79-dur) məhkəmə mərhələsindədir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox