Ukrayna İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq edəcək
Ukrayna hökuməti İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasına təklif təqdim edib.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sektoral sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi iddia edilən yardımdır.
Nazirlər Kabineti İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edir. Buraya İran sakinlərinin Ukraynadan kənarda kapital çıxarmasının qarşısının alınması, İran sakinlərinə texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinin qadağan edilməsi, pul köçürmələri də daxil olmaqla elektron ödəniş vasitələrinin xidmətinin dayandırılması daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox