Rusiyanın itkilərinin sayı açıqlanıb
Rusiya qüvvələri müharibə başlayandan bəri ümumi itkilərinin sayı 188 410 nəfərə çatıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki , gün ərzində 640 Rusiya əsgəri məhv edilib.
Bundan başqa, sutka ərzində düşmənin 4 tankı, 11 zirehli döyüş maşını, 14 artilleriya sistemi, bir hava hücumundan müdafiə sistemi, üç operativ-taktiki pilotsuz uçuş aparatı, səkkiz maşın və tanker, yeddi xüsusi texnika məhv edilib.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox