• $
  • £

Türkiyə 1600-dən çox vətəndaşını Sudandan Efiopiyaya təxliyə edib

Türkiyə 1600-dən çox vətəndaşını Sudandan Efiopiyaya təxliyə edib
26.04.2023 13:04
Türkiyə Sudandan 1600-dən çox vətəndaşını avtobusla Efiopiyaya təxliyə edib. Bu barədə Türkiyə mətbuatı yazıb. 

Ankaradakı diplomatik mənbələr evakuasiya üçün maşınların Türkiyənin Əddis-Əbəbədəki səfirliyi tərəfindən təmin edildiyini bildirib.

Türkiyə vətəndaşları əvvəlcə Efiopiyanın şimalındakı Qondar şəhərinə çatdırılır, oradan Efiopiya Hava Yollarından icarəyə götürülmüş təyyarə ilə paytaxt Əddis-Əbəbəyə aparılaraq İstanbula uçuşlara aparılır.

Sudandan təxliyə edilən 164 nəfərin olduğu ilk təyyarə artıq Qondardan Efiopiyanın paytaxtına uçub.

Türkiyə Xarici İşlər Nazirliyi qalan Türkiyə vətəndaşlarının təxliyəsi üçün işlərin davam etdiyini bildirib.

Sudan ordusu ilə RRF arasında toqquşmalar

Aprelin 15-i şənbə günü səhər saatlarında Xartum və Sudanın bir sıra digər şəhərlərində ordu ilə RRF arasında silahlı toqquşmalar baş verib.

RRF-nin silahlı qüvvələrə tam inteqrasiyasını nəzərdə tutan hərbi təhlükəsizlik islahatları ilə bağlı fikir ayrılıqları iki güc strukturu arasında silahlı münaqişə ilə nəticələnib.

Sudan Xarici İşlər Nazirliyi məlumat verib ki, Sudan Respublika Ordusunun komandanı Əbdülfəttah əl-Burhan RRF-ni ləğv etmək qərarına gəlib və bu strukturu "üsyankar” elan edib.

ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Sudanda silahlı münaqişə tərəflərinin atəşkəs elan etmək barədə razılığa gəldiyini bildirib.

Onun sözlərinə görə, atəşkəs bazar ertəsi gecə yarısı qüvvəyə minəcək və 72 saat davam edəcək.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol