• $
  • £

Ukrayna növbəti 50 il ərzində İran sakinlərinə qoyduğu qadağaları açıqlayıb

Ukrayna növbəti 50 il ərzində İran sakinlərinə qoyduğu qadağaları açıqlayıb
26.04.2023 16:47
Ukrayna növbəti 50 il ərzində İran sakinlərinə qoyduğu qadağaları açıqlayıb. Bu barədə Ukrayna Nazirlər Kabineti, Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.
 
Məlumata görə, qadağalara texnologiya və əqli mülkiyyət hüquqlarını əldə etmək, hərbi və ikili təyinatlı mallarla ticarət əməliyyatları aparmaq, investisiyaların alınması, elektron ödəniş sistemində xidmət göstərmək daxildir.

Yuxarıda göstərilən əməliyyatlarla bağlı İran sakinlərinin Ukrayna ərazisindən resursların tranzitini, uçuşları və daşımalarını tamamilə dayandırmaq təklif olunur.

Baş nazirin müavini - İqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukrayna və tərəfdaşlarnın Rusiyaya silah tədarükü ilə birbaşa məşğul olan şəxslərə və şirkətlərə tətbiq etdiyi əvvəlki məhdudiyyətlər təəssüf ki, ciddi xəbərdarlıq kimi qəbul edilməyib. 

 "Arqumentlərimizi gücləndirəcəyik. Biz də çalışacağıq ki, dünyanın mümkün qədər çox ölkəsi belə sərt qərarlara qoşulsun. Ukraynaya qarşı təcavüz cəzasız qalmayacaq. Eynilə, təcavüzkara kömək də cəzasız qalmayacaq”,- nazir bildirib.
 

Ukraynadakı rus qoşunları İranın pilotsuz uçuş aparatlarından-kamikazde "shahed”dən fəal şəkildə istifadə edir, adı rus dilində "geranium” olaraq dəyişdirilib.
Bir gün əvvəl "Wall Street Journal” Yaxın Şərq və ABŞ-dakı mənbələrinə istinadən İran Müdafiə Nazirliyi ilə Rusiyanın "Rosoboroneksport” SC arasında 2022-ci ilin sentyabrında İrana 74 mindən çox artilleriya mərmisinin satışına dair bağlanmış müqavilə haqqında məlumat yayıb. Çatdırılmalar Xəzər dənizi vasitəsilə Rusiya gəmiləri tərəfindən həyata keçirilir. Təkcə son altı ayda yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.
 
Aytac



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol