Sudan ordusu atəşkəsi 72 saat uzatdı
Sudan Silahlı Qüvvələri humanitar atəşkəsin daha 72 saat uzadılması ilə razılaşıb.
Bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi məlumat verib.
"Silahlı Qüvvələrin komandanlığı atəşkəs rejiminin başa çatdığı andan hesablanacaq atəşkəsin əlavə 72 saat uzadılmasına razılıq verib", - ordunun rəsmi "Facebook” səhifəsində deyilir. Sudan Silahlı Qüvvələri ümid etdiyini bildirib ki, üsyançılar bu dəfə keçmiş dövrlərdə olduğu kimi atəşkəsin tələblərinə əməl edəcək və onu pozmayacaq.
Atışmalarda 1000-ə yaxın insan ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox