• $
  • £

ABŞ rusiyalı jurnalistlərə viza verməkdən imtina edib

ABŞ rusiyalı jurnalistlərə viza verməkdən imtina edib
28.04.2023 14:02
ABŞ səfirliyi rusiyalı jurnalistlərə viza verməkdən imtina edib. Bu barədə xarici  KİV-də məlumat yayılıb.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatların onunla birlikdə Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı qərargahına getməyə hazırlaşan rusiyalı jurnalistlərə viza verməməsindən narazılığını bildirib.
 
ABŞ tərəfinin Rusiyadan olan jurnalistlərə viza verməkdən imtina etməsi faktını ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O əlavə edib ki, ABŞ-ın Rusiyadakı səfirliyi bu vəziyyəti həll etmək üçün çalışır. Zaxarovanın sözlərinə görə, söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır.
 
Rusiya cümə axşamı Amerikanın onun bir neçə jurnalistinə viza verməkdən imtina etməsinə cavab olaraq, konsulluğun həbsdə olan amerikalı jurnalist Evan Gershkoviçi növbəti ziyarətini rədd etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, ABŞ səfirliyə mayın 11-də casusluqda ittiham edilən Amerika vətəndaşı Gerşkoviçlə görüşə icazə verilmədiyinə dair məlumat verilib.
 
Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Moskva həbsxanasında saxlanılan Gerşkoviçə baş çəkib və onun məhkəmə qarşısında çıxışını izləyib. Lakin Rusiya ABŞ-ın onun qeyri-qanuni həbs olunmasına etirazını rədd edərək, məhkəmənin qərarını gözlədiyini deyib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
Dünya 13:56
Tramp İrana diplomatik həll üçün üç-beş gün vaxt verib
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol