Almaniya Ukraynaya 80 "Leopard 1" tankı verəcək
Almaniya Ukraynaya 18 "Leopard 2" və 40 "Marder" BMP verib. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "La Vanguardia"ya müsahibəsində deyib.
Nazir bildirib ki, yayda 80 "Leopard1" tankının Ukraynaya tədarükü planlaşdırılır.
Rəsmi Berlin ötən həftə Ukraynaya 80 "Leopard2” tankının tədarük edilməsi haqqında qərarı təsdiqləyib.
"Leopard 1" - əvvəllər Bundesverdə xidmətdə olan köhnə tank modelidir. 1980-ci illərin ortalarından etibarən onlar artıq istehsal olunmur və yerini daha müasir modifikasiyaya - "Leopard 2"lərə verib. Bununla belə, "Leopards 1" hələ də dünyanın bir çox ordusunda xidmətdədir və daim təkmilləşdirilir. Ukraynanın ala biləcəyi 88 tankın dəyəri 100 milyon avrodan çoxdur.
"Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, köhnə "Leopard" modeli yenisindən fərqli çaplı mərmilərdən istifadə edir, ona görə də sursat çatışmazlığı riski var. Ukraynaya hərbi yardım göstərən ölkələr bu problemi həll edəcəklər.
Fevralda Almaniya bu il 80-ə yaxın, gələn il isə yüzə yaxın "Leopard 1" tankını Ukraynaya təhvil verəcəyini vəd etmişdi.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox