Ermənistan TŞ-nin katibi -Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir
Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərə müsahibəsində bildirib.
O bildirib ki, Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərin verilməsi prosesinin hansı mərhələdə olduğu və erməni tərəfinin nəyə görə belə addım atması barədə danışıb.
"Yaxın zamanlarda danışıqlar gözlənilir. Bu səbəbdən biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik. Hazırda müzakirələr davam edir”,- o əlavə edib.
Cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Rusiya Federasiyasının vasitəçiliyi ilə danışıqlar aparmaq barədə razılığa gəliblər. İrəvan görüşlə bağlı razılığı təsdiqləyib və əlavə edib ki, tarixlər dəqiqləşdirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox