G7 ölkələri süni intellektdən məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılaşır
Yeddilik Qrupu (G7) ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.
Sənəddə göstərilən məqamlar aşağıdakılardır: qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət.
"Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox