"Qazprom" Ermənistan üçün qazın nəqlini dayandırıb - SƏBƏB

"Qazprom" Rusiyadan Ermənistana təbii qazın nəqlinin dayandırıb. Bu barədə Ermənistan məətbuatı yazıb.
"Mayın 1-də saat 8.00-dan 20.00-a qədər, mayın 4-də Rusiya Federasiyasının Stavropol diyarında qaz kəməri hissəsində planlaşdırılan təmir işləri ilə əlaqədar Ermənistana qaz verilişi dayandırılacaq”, - açıqlamada qeyd olunub.
www.anews.az

Rusiyanın "Qazprom” holdinqinin 100% törəmə şirkəti olan "Qazprom-Armeniya” QSC Rusiyadan Ermənistanın daxili bazarına təbii qazın inhisarçı tədarükçüsüdür. Şirkət, həmçinin respublikada qazın nəqli, saxlanması, bölüşdürülməsi və satışı, qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsini həyata keçirir.
Bundan əvvəl 2022-ci il oktyabrın 18-19-da təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz təchizatı dayandırılmışdı.
Aprelin 25-dən Ermənistan və Azərbaycan Rusiya qazının tədarük haqqını rublla ödəyir. Moskvada rublla hesablaşmalara keçid sanksiyalardan yaranan riskləri azaltmaq üçün tədbir adlandırılıb.
Aprelin 25-dən Ermənistan və Azərbaycan Rusiya qazının tədarük haqqını rublla ödəyir. Moskvada rublla hesablaşmalara keçid sanksiyalardan yaranan riskləri azaltmaq üçün tədbir adlandırılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 