• $
  • €
  • ₽
  • ₺
  • £

Azərişıq: Artıq qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması mümkün olacaq

Azərişıq: Artıq qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması mümkün olacaq
09.05.2023 12:42
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzinin tam avtomatik rejimdə çalışması, qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması, həmçinin abonentlərin və qəza xidmətlərinin eyni anda bütün rəqəmsal tətbiqlər vasitəsilə məlumatlandırılması üçün şərait yaradır.
 
Bu barədə qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

"Artıq bu yarımstansiya Füzuli rayonunun və digər yaxın yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etməyə başlayıb. Rəqəmsal Yarımstansiyanın azad edilmiş ərazilərdə olması da əlamətdar haldır.
 
Çünki, bilirsiniz ki, Qarabağ "yaşıl enerji” zonası elan olunub və həmin zonanın da özünün tələbləri var. Həmin tələblərdən biri də rəqəmsal həllərin və yüksək texnologiyaların tətbiqidir. Burada həm enerji itkisinin qarşısı alınır, həm də enerji fasilələri üzrə keyfiyyət indikatorlarında da müsbət nəticələr əldə edilir", - A.Məmmədzadə bildirib.

Mayın 5-də həmçinin Azərbaycan Prezidenti tərəfindən "Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.

"Hadrut” qovşaq yarımstansiyası Füzuli və Cəbrayıl rayonlarından, Şuşa şəhərindən, həmçinin digər ətraf ərazilərdən elektrik enerjisi alınması və ötürülməsində mühüm əhəmiyyət kəsb edir.

Ona görə də, məhz coğrafi mövqeyinə və paylayıcı xətlərin kəsişmə nöqtəsində yerləşdiyinə görə bu qovşaq yarımstansiyası Hadrut qəsəbəsində yerləşir", - mərkəzin direktoru deyib.

A.Məmmədzadənin sözlərinə görə, eyni zamanda həmin ərazidə tədris kompleksi də nəzərdə tutulub: "Həmin tədris kompleksində regional peşə ustalığı üzrə kadrların, "yaşıl enerji” zonası üzrə mütəxəssislər hazırlanması həyata keçiriləcək".

O əlavə edib ki, "Hadrut” qovşaq yarımstansiyası ərazisində eyni zamanda laboratoriya mərkəzi, transformator sexi, logistika mərkəzləri də fəaliyyət göstərəcək.

"Azərişıq” rəsmisi vurğulayıb ki, həmin qovşaq yarımstansiyasında adıçəkilən ərazilərin abonentlərinə tam xidmət göstərmək mümkün olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol