• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb

Əli Əsədov SpaceX şirkətinin prezidenti ilə görüşüb
09.05.2023 16:37
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın "Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.

Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə "SpaceX" şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol