• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in prezidenti rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorlardan danışıb

Azercell-in prezidenti rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorlardan danışıb
16.05.2023 16:44
"GSMA M360 EURASIA 2023" beynəlxalq konfransının baş sponsoru olan Azercell mobil telekommunikasiya sahəsinin qlobal liderlərini Bakıda qonaq edir

Beynəlxalq GSM Assosiasiyası (GSMA) öz "M360” adlı silsilə tədbirlərinə ölkəmizin paytaxtında start verib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə 16-17 may tarixlərində keçirilən beynəlxalq konfrans region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini Bakıda bir araya gətirib.

Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın, GSMA-nın baş direktoru Mats Qranridin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfransın "Gələcək inkişaf üçün rəqəmsal davamlılıq" adlı birinci sessiyasında məruzəçilər müasir texnologiyaların cəmiyyətə təsiri və innovasiyaların davamlı inkişafda əhəmiyyətindən danışıblar.

"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova öz çıxışında rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolunu vurğulayıb: "Ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq Azercell rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biridir və sürətli texnoloji inkişafın həm gələcək perspektivlərinə, həm də onun özü ilə gətirdiyi çağırışlarına dair dərin bilgiyə və strateji baxışa malikdir”.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və Azercell şirkətinin baş sponsorluğu ilə Azərbaycanda təşkil edilən "GSMA M360 EURASIA 2023" beynəlxalq konfransı yeni nəsil şəbəkələr, rəqəmsallaşma, Süni intellekt (Sİ) və rəqəmsal inklüzivliyin artan əhəmiyyəti kimi gündəmdə olan mövzuları əhatə edir. Tədbir çərçivəsində telekommunikasiya sahəsinin tanınmış qlobal və regional ekspertləri mobil bağlantı sahəsinin gələcək inkişafını və cəmiyyətə dəyər qatması üçün doğru sərmayə yatırımını, eləcə də bu kritik infrastrukturun qorunmasının yollarını müzakirə edəcəklər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol