• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunacağına inanır

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunacağına inanır
25.05.2023 09:47
Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə olunacağına inanır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. 

"Biz iki tərəf arasında birbaşa danışıqların tərəfdarıyıq. Biz hesab edirik ki, birbaşa danışıqlar yekun davamlı həllə nail olmaq üçün vacibdir. Hesab edirik ki, hər iki tərəf öz fikir ayrılıqlarını aradan qaldırmaq üçün razılığa gələ bilsə, buna kifayət qədər nail olmaq mümkündür", - Dövlət Departament sözçüsü vurğulayıb. 

Miller əlavə edib ki, Amerika tərəfi istər Vaşinqtonda, istər keçən ay olduğu kimi, istər Brüsseldə, istər bir neçə həftə əvvəl olduğu kimi, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyir. "Əsas odur ki, bu iki tərəf bir-biri ilə əlaqə saxlamağa davam etsin", - Dövlət Departamentinin nümayəndəsi yekunlaşdırıb.
 
Mayın 14-də Paşinyan və Əliyev Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə danışıqlar aparıb. Brüsseldəki görüşdən sonra Mişel bildirib ki, respublikaların rəhbərləri sərhədlərin delimitasiyası üzrə dialoqu bərpa etməyə razılaşıblar və iyulda Brüsseldə yeni danışıqlar aparmaq niyyətlərini bəyan ediblər. Ermənistan XİN-in məlumatına görə, Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşü iyunun 1-nə planlaşdırılıb: Kişinyovda, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyev, Paşinyan və Mişel Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
 
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə keçirilən danışıqları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması baxımından faydalı adlandırıb. Diplomatik departament iclasda dövlətlərin ərazi bütövlüyünə hörmətlə bağlı təsdiqin "müstəsna əhəmiyyətini”, "Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bu kontekstdə qəbul edilməsini” vurğulayıb. Nazirlik həmçinin Bakının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə töhfə vermək məqsədilə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bəyan edib.

Mayın 25-də Rusiyada Ermənistan və Azərbaycanın üçtərəfli görüşü baş tutacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol