• $
  • £

Azərbaycanın AİS ölkələri ilə ticarətin həcmi daha 38% artıb - İlham Əliyev

Azərbaycanın AİS ölkələri ilə ticarətin həcmi daha 38% artıb  - İlham Əliyev
25.05.2023 18:30
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Dövlət başçısı iclasda çıxış edib.

Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.
 
"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə, Ermənistan istisna olmaqla, əməkdaşlıq 30 il ərzində uğurla inkişaf edir. Ötən il AİŞ ölkələri ilə ticarət dövriyyəsi 31% artaraq $4,7 milyard təşkil edib. 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 9%-i AİŞ ölkələrinin payına düşüb”, - Əliyev cümə axşamı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.

Onun sözlərinə görə, cari ilin yanvar-aprelində qarşılıqlı ticarətin həcmi "daha 38%” artıb.

"Biz ticarət dövriyyəsinin gələcəkdə artımı üçün böyük potensial görürük”, - Əliyev əlavə edib.

Azərbaycanın nəqliyyat imkanlarına toxunaraq dövlət başçısı qeyd edib ki, ölkənin nəqliyyat infrastrukturu istənilən istiqamətdə yüklərin daşınmasına imkan yaradır.

"Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir – 50-dən çox gəmi var. 15 milyon ton yükün aşırılması üçün nəzərdə tutulmuş Ələt dəniz limanı yaxın gələcəkdə modernləşdiriləcək və yük aşırılmasının həcmi 25 milyon tona çatacaq", - Əliyev bildirib.

O, həmçinin məlumat verib ki, Bakıda istənilən növ gəmi inşa edən Gəmiqayırma Zavodu fəaliyyət göstərir.
 
«Hazırda Xəzər üzrə qonşularımızın sifarişlərinin Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır», - prezident qeyd edib.

Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir.

"Azərbaycan həmçinin Şimal-Cənub layihəsinin iştirakçısıdır. Biz, o cümlədən, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək. Ölkəmiz illik 500 min tondan çox yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, - prezident vurğulayıb.

Eyni zamanda, o deyib ki, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ixracın şaxələndirilməsidir.

"İqtisadiyyatın şaxələndirilməsinə gəldikdə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq xammal sektorundan kənarda formalaşır. İxraca gəldikdə isə, qeyri-neft ixracını artırmaq üçün hələ onun üzərində fəal işləməliyik", - prezident bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol