• $
  • €
  • ₽
  • ₺
  • £

Borcu olan şəxs hansı halda ölkəni tərk edə biməz?

Borcu olan şəxs hansı halda ölkəni tərk edə biməz?
30.05.2023 21:51
Problemli kredit borcları olan bir çox ölkələr bunun qaşısını almaq üçün müxtəlif usüllara əl atırlar. Bəzi ölkələr isə banklara yüksək səviyyədə borcu olanların ölkədən xaricə çıxmasına qadağa qoyurlar. Bu qadağanın qoyulmasında məqsəd isə borclu şəxslərin əvvəl-axır banka olan borclarını qaytarmalarına nail olmaqdır.
 
Hazırda əhali banklardan müəyyən məbləğdə kredit götürür. Kredit götürən şəxslər, bağlanmış müqavilədə qeyd olunduğu kimi, aylıq olaraq ödəniş etməlidir. Vaxtlı-vaxtında kreditini ödəyən şəxs isə istənilən vaxt ölkədən çıxa bilər
 
İqtisadçı ekspert Əkrəm Həsənov bildirir ki, vətəndaşın ölkədən çıxışı  yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər.
 
"Ölkədən çıxışın məhdudlaşdırılması yalnız banka olan borca görə müəyyən edilmir. Bu borc sələm borcu və yaxud  aliment borcu ola bilər. Bu zaman borc verən həmin şəxsi məhkəməyə verir. Məhkəmə də qərar verir ki, həmin şəxs ödənişi etməlidir  ya yox.  Bundan sonra İcra məmuru məhkəməyə əlavə müraciət edir ki, borclu şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulsun. Qanuna əsasən  İcra məmuru əsaslandırmalıdır ki, borclu məhz üzrsüz səbəbdən borcu ödəmir. Amma bir qayda olaraq İcra məmurları bunu əsaslandırmırlar. Üzrsüz səbəb o deməkdir ki, yəni vətəndaşın pulu var amma borcu ödəmir. Bizim İcra məmurları buna fikir vermirlər.  Yəni ödəməmək qanun pozuntusu deyil. Şəxsin əgər ödəniş qabiliyyəti varsa və o borcu ödəmirsə, bu artıq qanun pozuntusu hesab olunur. Ona görə Azərbaycanda qəbul edilən belə qərarların əksəriyyəti qanunsuzdur. Çünki həmin məhkəmə qərarlarında şəxsin ödəniş qabiliyyətinin olması sübuta yetirilmir. Bəzən də borclu şəxslər özləri İcra başçılarının yanına gəlib xaricə çıxışa stop qoymamaları üçün onlardan xahiş edirlər. Konkret olaraq bu məsələyə vahid yanaşma yoxdur”, - ekspert bildirib.
 
Əgər şəxs kredit götürüb uzun müddətə ölkəni tərk edərsə, bu borcun aqibəti necə olur?
 
"Hər bir halda borc verən müəssisə, həmin şəxsi məhkəməyə verə bilər. Məhkəmədə onun xeyrinə qərar çıxarır ki, borc ödənilməlidir. Bundan sonra artıq İcra məmuru tədbirlər görməlidir. Həmin şəxsin hər-hansı əmlakı varsa, o əmlak müsadirə ediləcək. Yox əgər əmlakı yoxdursa sadəcə onu axtarışa verəcəklər. Bundan başqa alternativ yol yoxdur”, - Həsənov vurğulayıb.
 
2015-ci ildə Milli Məclisin iclasında "icra haqqında” qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, banka olan borcunu gecikdirən, həmçinin vergi borcu olan şəxslərin ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.
 
Eltac Nurullazadə 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol